Cənubi Koreyanın müdafiə naziri Han Min-koo Şimali Koreya prezidenti Kim Çen İn-i öldürməklə bağlı parlamentdə ona verilən suala belə bir aydınlıq gətirib.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Han Min-Koo belə bir planın olduğunu açıqlayıb. O eyni zamanda Şimali Koreyanın digər idarəetmə kadrlarının da öldürüləcəyi ilə bağlı planlarının olduğunu vurğulayıb.
Buna səbəb kimi isə Şimali Koreyanın 6- cı ballistik nüvə silahı ilə bağlı hazırlıqlar görməsini göstərib.
Artıq məsələ ilə bağlı beynəlxalq ekspertlərdə münasibət bildiriblər.
Troy Üniversitetində çalışan Daniel Pinkston, CNN-ə açıqlamasında bildirib ki, bu cür açıqlama Cənubi Koreya tərəfindən verilməsi yanlış addımdır: "Ümumiyyətlə hər hansı bir ölkənin prezidentinin öldürülməsi barədə palan cızmaq özü bir səhf addımdır".