İtirməkdə olduğu ərazilərin nəzarətini əldə saxlamağa çalışan İslam Dövləti Xəlifət elan etdiyi paytaxtı İraq qüvvələrinə təslim etməkdənsə, şəhəri odlu cəhənnəmə çevirib.

Unikal.org "Amerikanın səsi"nə istinadən bildirir ki, ABŞ-ın ordu rəsmiləri İŞİD-in Mosulu mürəkkəb bir müdafiə şəbəkəsinə çevirdiyini bildirir.

İŞİD yer üzündə özünə cəhənnəm yaradır

Pentaqonda müxbirlərlə görüşü zamanı polkovnik Con Dorian deyib ki, İŞİD yer üzündə özünə cəhənnəm yaradır.

Bağdaddan video vasitəsi ilə müxbirlərin suallarını cavablandıran Dorrian planlara şəhər ətrafında yanacaqla dolu səngərlər salınması və beləliklə İraq qüvvələrinin irəliləməsinə yanğınlar törətmək lə mane olunmasının daxil olduğunu deyib.

İŞİD məktəblər, xəstəxanalar, məscidlərə hücum etməklə mülki əhaliyə qarşı vəhşi davranış nümayiş etdirir. Qrup partlayıcılarla dolu yeraltı tunnellər qazmaqla koalisiya qüvvələrinin dəstəklədiyi döyüşçülərin irəliləməsinə mane olacaq.

Ekstremistlərin gücü tükənir

ABŞ və İraq ordusunun rəsmiləri İraq qüvvələsinin Mosula irəliləyişi ilə İŞİD-in zəiflədiyinə dair əsaslı dəlillər ortaya çıxdığını bildirir.

Dorian bildirib ki, qrupun artıq irəliləyişlərə mane olmaq qabiliyyəti tükənib.

Bir neçə ay əvvəl İŞİD-in Mosul ətrafında 10 mindən artıq döyüşçüsü var idisə, hazırda onların sayının yarıya endiyi bildirilir. Rəsmilər qrupun liderləri və bir sıra döyüşçüsünün Mosuldan Raqqaya qaçdığını deyir.

ABŞ və Qərbin kəşfiyyat orqanları İŞİD yaraqlılarının müllki əhali arasına qarışacağından və qrupun qara bazar və qaçaqmalçılıq you ilə xarici döyüşçüləri Suriya və İraqa gətirəcəyindən ehtiyat edir.

Mosul mürəkkəbliyi

Pentaqon rəsmiləri uzun zamandır Mosulun geri alınması üçün hər birində 3 min əsgər olmaqla 8-12 briqadaya, Kürdüstan Peşmərqə qüvvələri və polis birləşmələrinə ehtiyac olduğunu vurğulayırdı.

Dorian bu qüvvələrin hazır olduğunu deyərək, onların Populyar Səfərbərlik Qüvvələri tərkibində döyüşəcəyini deyib.