Kapitalizmin ifrat tələbatı Yer planetinin mövcudluğunu təhdid altında qoyur.
Unikal.org xəbər verir ki, bunu BMT Baş Assambleyasında çıxışı zamanı Venesuela Xarici İşlər naziri Delsi Rodriqes söyləyib. Onun sözlərinə görə, bu mövcud sistemdə əsas rolu ABŞ oynayır:
"Kapitalist model kütləvi şəkildə xalqların inkişaf haqqını əllərindən alır, dərin bərabərsizlik yaradır və planetin mövcudluğunu təhdid altında qoyur. Kapitalizmin bitmək bilməyən tələbləri ciddi təsirlərə səbəb olacaq. Təkcə 2015-ci il ərzində bütün dünyada hərbi xərclər 1,7 trilyon dollar olub. Bunun 600 milyard dolları ABŞ-ın payına düşür. ABŞ-ın hazırda bütün dünyada 800 hərbi bazası var. Vaşinqton təkcə bunların saxlanılmasına ildə 100 milyard dollar xərcləyir.