Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidentiCo Baydenlə görüşündə həbsdə olan tanınmış iş adamı Reza Zərrabın həbsini gündəmə gətirdiyini bildirib.
Bu barədə Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir.
Ərdoğan qeyd edib ki, günahsız olmasına baxmayaraq Reza Zərrab hələ də həbsdə saxlanılır: "Co Baydenlə görüşümdə Reza Zərrab mövzusunu gündəmə gətirdim. Onun hansı əsasla həbs olunduğunu soruşdum. O bizim vətəndaşımızdır və biz onun hüquqlarını qorumaq məcburiyyətindəyik. Bu Reza Zərrab deyil başqa bir vətəndaş da ola bilərdi. İqtisadiyyat nazirliyimizin araşdırmalarına görə, onun heç bir günahı yoxdur. İran da eyni sözü deyir. Günahsız olmasına baxmayaraq bu insan 6 aydır həbsdədir. ABŞ Ədliyyə Nazirliyi Reza Zərrabı FETÖ-nün yedirib içirdiyi adlara təslim edir. Bayden dedi ki, o bu qədərini bilmirdi".