Azərbaycan vətəndaşı Cahangir Camal oğlu Alkişiyevin Rusiyada inzibati məsuliyyətə cəlb olunub. Onun işinə Novokuznetskin dünya məhkəməsi baxıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, iş adamı cinayət işinin açılmasından sonra zərərçəkənə 10 min rubl təklif etməklə canını qurtaracağına ümid edirdi. Lakin qadın pullardan və barışıqdan imtina edib.

Hər şey "Meyvə-tərəvəz" dükanında baş verib. Qutularda olan kartofu bəyənməyən qadın açıq kisədən kartofları yığmağa başlayıb. Buna görə satıcı ilə alıcı arasında münaqişə yaranıb. Satıcı xanımın zəngindən sonra içəri 52 yaşlı Cahangir Alkişiyev mağazaya daxil olub. O, şikayətçinin saçlarından tutaraq onu bayıra atıb və zərbə endirərək yerə yıxıb. Taksiyə minən qadın sürücünün məsləhəti ilə şikayət etməyə qərar verib.

Alkişiyevin sözlərinə görə isə, zərərçəkən təxribat törədib və o, sadəcə olaraq onu dükandan xaric edib və yüngülcə yanağından zərbə vurub. Amma Məhkəmə onu suçlu hesab edərək cəzalandırıb.

Məhkəmə Azərbaycan vətəndaşını 10 aylıq islah işlərinə məhkum edib. Alkişiyev aylıq gəlirinin 5%-nin dövlət büdcəsinə ödəməli olacaq. O bu pulu küçə süpürərək, zibil yiğaraq qaytaracaq. Aldığımız məlumata görə, Cahangir Camal oğlu Alkişiyev Cəlilabad rayon sakinidir.