Hindistanın Ajmer şəhərində iki başı olan uşaq doğulub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 2.5 kiloqram çəkidə doğulan uşağın sağlamlıq durumu normal hesab edilsədə, nəfəsalmasında bəzi çətinlilər olub. Həkimlər onu əməliyyat etməkdən imtina ediblər. Belə ki, körpənin iki cüt daxili orqanları olsa da, onlar hamısı bir bədəndə olub və bir cüt əl və ayağı vardı. Belə əkizləri isə cərrahi yolla ayırmaq qeyri-mümkündür.
Həkimlərin xəbərdarlığına baxmayaraq, xəstəxanada qalmaqdan imtina edən 20 yaşlı ana körpəni evə aparıb və o, nəticədə 32 saatdan sonra dünyasını dəyişib.
Qeyd edək ki, bu ailədə dünyaya gəlmiş ilk körpə olub.