Baş prokuror Zakir Qaralovun əmri ilə Sabirabad rayon prokuroru Seyfəddin Həsənov vəzifəsindən azad olunub.

Unikal.rg Bizimyol.info-ya istinadən xəbər verir ki, Zakir Qaralovun digər əmri ilə Neftçala rayon prokuroru Pərvin Quliyev vəzifəsindən azad olunaraq Sabirabad rayon prokuroru təyin edilib. Aydın Əliyev isə Neftçala rayon prokuroru təyin edilib.

Məlumat Baş prokurorluqdan təsdiqlənib.