ABŞ-ın Rusiyanın paytaxtı Moskvadakı səfirliyinə bomba qoyulması barədə anonim zəng edilib.
Unikal.org xəbər verir ki, bu barədə "RİA Novosti" paytaxtın hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
"Yerli vaxtla saat 20:10-da ABŞ-ın Rusiyadakı səfirliyində partlayış təhlükəsi barədə anonim zəng daxil olub" - deyə mənbə agentliyə bildirib.
Səfirlik və hüquq-mühafizə orqanları məsələ ilə bağlı rəsmi münasibət bildirməyib