Həkimlər əməkdar artist Aybəniz Haşımovanın əməliyyat olunmasına qərar verib.
Unikal.org xəbər verir ki, bu barədə publika.az-a açıqlama verən müğənni bu gün müayinə olunduğunu bildirib.
"Bu gün Respublika Diaqnostika Mərkəzində həkimlər məni müayinə etdi və qərara aldılar ki, cümə axşamı əməliyyat olunum. Mənə görə narahat olan bütün insanlara minnətdarlığımı bildirirəm. Çoxdan məni narahat edən yüngül problem vardı, amma qorxudan əməliyyata razılıq vermirdim. Nəhayət, qorxunu yendim.