Gələn il toya hazırlaşan müğənni Meray Keri ilə avstraliyalı milyarder sevgilisi Ceyms Parker ayrılıblar.
Unikal.org-un xarici mətbuata istinadən məlumatına görə, 48 yaşlı biznesmen müğənninin onun arzularının qadını ola bilməyəcəyini anlayıb və onu atıb.
Onların ayrılmalarına səbəb kimi, maliyyə problemlərinin olduğu da deyilir. Belə ki, Meray çox bədxərc olduğu üçün milyarder onunla davam etmək istəməyib.
Həmçinin ciddi həyat tərzi sürən Ceyms, müğənni sevgilisinin media qarşısına çox çıxmasından da narahat olurdu və buda öz növbəsində cütlüyün ayrılmağına səbəb olub.