Türkiyənin Hakkari vilayətinin Yüksəkova qəsəbəsində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında toqquşma olub.
Unikal.org-un məlumatına görə, atışma zamanı 3 əsgər şəhid olub, 1 əsgər yaralanıb. Əməliyyat nəticəsində 6 terrorçu məhv edilib.
Yaralı əsgər Hakkaridəki xəstəxanaya çatdırılıb.
Terrorçulara qarşı havadan da dəstək verilən əməliyyat davam edir.