Dünya Taekvando Federasiyası (DTF) 2016-cı ilə yekun vurub.
Unikal.org AzerTac-a istinadən xəbər verir ki, bununla bağlı Bakıda keçirilən tədbirdə DTF-nin prezidenti Çunqvon Çu, müxtəlif ölkələrin taekvando federasiyalarının prezidentləri, Azərbaycan Taekvando Federasiyasının prezidenti Kamaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və digər qonaqlar iştirak ediblər.
Dünya Taekvando Federasiyasının rəhbəri Çunqvon Çu Azərbaycan Taekvando Federasiyasının prezidenti, DTF-nin vitse-prezidenti Kamaləddin Heydərova xüsusi mükafat təqdim edib.
Sonra DTF bu idman növü üzrə ilin "ən yaxşılarının adlarını elan edib. Dünyanın ən yaxşılarının siyahısında həm Azərbaycan Taekvando Federasiyası, həm də kişilərdən ibarət yığmamızın baş məşqçisi Reza Mehmandost var.