Model Tuğçe Kazaz Türkiyədə Rusiya səfiri Andrey Karlovun öldürülməsi ilə bağlı paylaşım edib.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, səfiri öldürən polisin güllələnməsini müzakirəyə çıxaran Tuğçe yazıb:
"Məni narahat edən Karlova sui-qəsd edərək öldürüləcəyini bilən qatil deyil, onu canlı tutmaq əvəzinə öldürən əməliyyatçılardır".
Qeyd edək ki, CHP lideri Kamal Kılıçdaroğlu və digər siyasət adamları da qatilin öldürülməsinin doğru olmadığını bildirmişdilər.