Dünya şou-biznesində olduğu kimi, artıq Azərbaycan məşhurları da "Instagramdan biznes məqsədləri üçün istifadə edirlər.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkədə izləyici sayı çox olan tanınmışlar müxtəlif məhsulları öz səhifələrində reklam edirlər. Bunun müqabilində isə məşhurlar müəyyən qonorar əldə edirlər.
4 aydır ki, "Instagramda böyük biznes quran stilist Samiraldo (216 min izləyici) hər reklam xarakterli paylaşım üçün minimum 200 AZN alır:
"Mən böyük şirkət, klinikalar və butiklərlə çalışıram. Onların reklamı müqabilində qonorar əldə edirəm. Həm mən, həm də onlar qazanır. Minimum reklamın qiyməti 200 AZN-dən başlayır. Ancaq böyük bir telefon mağazası ilə anlaşmışam. Onlar mənə 6500 manat dəyərində telefon bağışlayıblar. Mən isə onların reklamını edirəm.
Günay İbrahimli (725 min izləyici) - 1000 AZN
Sevda Yəhyayeva (621 min izləyici) - 500 AZN
AfaqGəncəli (447 min izləyici) - 500 AZN
Ancaq izləyicisi çox olan məşhurlar sırasında bu biznesə qoşulmayanlar da var. Xalq artisti Aygün Kazımova (445 min izləyici), Rəqsanə İsmayılova (269 min izləyici), Məleykə Əsədova (169 min izləyici), Nadir Qafarzadə (231 min izləyici) həmin məşhurlar sırasındadır.
Ölkədə ən çox izləyici sayına görə liderlərdən olanSevilvəSevinc Səfərovalar(891 min izləyici) isə açıqlamasında ancaq bəyəndiyi məhsulları öz lövhələrində ödənişsiz reklam etdiklərini söyləyiblər.
Müğənni Xatirə İslam (661 min izləyici) isə dostlarının məhsullarını ödənişsiz səhifəsində reklam etdiyini bildirib:
"Bir manat belə verən olmayıb. Dost-tanışların xahişi ilə paylaşıram. Həmçinin, bizə hədiyyə göndərənlər olub. Onları nəzakətən paylaşıram. İzləyiciləri əziyyətlə toplamışıq. Deməli, biz o insanlara maraqlıyıq. Bu səbəbdən mən də pulla reklam etmək qərarına gəlmişəm.
472 min izləyicisi olan rəqqasə Oksana Rəsulova isə səhifələrində tez-tez reklam edən məşhurlardandır. Lakin o, qiymət açıqlamaqdan imtina edib.