2015-ci ildə vəfat edən məşhur türkiyəli aktyor Levent Kırcanın aktrisa Oya Başarla nikahından olan qızı ilə oğlu və ilk evliliyindən dünyaya gələn iki övladı atalarının mirsanı rədd edib.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə aktyorun övladlarının tələbini qəbul edib və onların leyhinə qərar çıxarıb.
Dörd övladın da atalarının mirasından imtina etməsinə səbəb kimi aktyorun borclu olması göstərilir.
Levent Kırcanın Oya Başar ilə evliliyindən olan uşaqları Aişə və Umut Kırcadır.