"Rusiya, Qazaxıstan, Belçika, Almaniya kimi ölkələrdə keçiriləcək beynəlxalq tədbirlərdə iştirak etmək üçün hazırlıq görürük.

Unikal.org xəbər verir ki, bunu report-a açıqlamasında Prezident İlham Əliyevin "Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında imzaladığı sərəncamla adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabına yazılan və xüsusi aylıq təqaüdə layiq görülən Rəşid Behbudov bildirib.



O,6 yaşında Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano şöbəsinə daxil olduğunu deyərək, sənətini illər keçdikcə sevdiyini söyləyib:

"Mən tez-tez beynəlxalq müsabiqələrə qatılıram. Özümü inkişaf etdirmək üçün əlimdən gələni edirəm. Əslində, belə bir mükafat almağı gözləyirdim. Cənab Prezidentə əməyimə verdiyi qiymətə görə təşəkkür edirəm.

R.Behbudov adının Azərbaycanın dünya şöhrətli estrada və opera müğənnisi, SSRİ xalq artisti Rəşid Behbudovun ad-soyadı iləoxşarlığı ilə bağlı tez-tezsuallar verildiyini də deyib:

"Rəşidadını mənə atam verib. O, soyadımız eyni olduğundan belə bir qərara gəlib.

Gənc ifaçı vurğulayıb ki, bu ilinfevral ayında Dubayda təşkil olunacaq beynəlxalq müsabiqəyə qatılacaq:

"Artıq bunun üçün lazımi tədbirlər görülüb. Biz festival üçün zəruri olan səs yazısını təqdim etmişik vəcavab gözləyirik. Əgər bu mərhələni keçə bilsəm, müsabiqə üçün Dubaya getməli olacağam.