Bred Pittlə boşanma ərəfəsində olan və uşaqların üzərində himayəçilik qazanmaq üçün stress keçirən Hollivud ulduzu ölüm təhlükəsiylə üzləşib.

Unikal.org xarici KİV-lərə istinadən xəbər verir ki, artıq yaxınları çəkisi 34 kq-a düşən Ancelina Colinin səhhətiylə bağlı çox narahatdırlar.

"Coli emosiyaları ilə bacara bilmir. O narahatlıqdan qorxunc dərəcədə arıqlayıb. Onun əlləri o qədər nazikdir ki, sümükləri görünür. Onlar sanki diş çöpləridir -deyə aktrisanın yaxınları "Radar Onlinea bildirib.

Ancelina üçün mütəxəssislər də narahat olurlar.

"O, həddi keçib. Onun sağlamlığı təhlükə altındadır. O, həyat və ölüm arasında qalıb -deyə Nyu-York terapevti, həkim Stüart Fişer bildirib.