Dünyanın ən tanınmış caz ifaçıları -taksi şoferi, fahişə...-VİDEOLAR
14:42 23-12-2016
ŞOU
XIX əsrin sonunda ABŞ-ın Missuri ştatının barlarında yeni üslubda yaradılmış musiqi səslənməyə başlayır. Bir müddət sonra dünyaya yayılan bu üsluba "caz" adı verilir.
Caz elə bir musiqi janrıdır ki, onu sevən və ya sevməyən hər birimizin ağlımızda cazla bağlı bir musiqi mütləq vardır. Onunla bağlı bir sıra məşhur filmlər çəkilib. "1900", "Whiplash" və s. filmləri bu sıraya qatmaq olar. Azərbaycanda isə onun yayılma tarixi keçən əsrin əvvəllərinə təsadüf edir.
Unikal.org dünyanın ən tanınmış caz sənətçilərini təqdim edir:
Dyuk Ellinqton
Bəstəkar, pianist və caz orkestrinin rəhbəri olan Ellinqton 20-ci əsr ABS caz musiqisinin ən məşhur siması hesab edilir.
Art Blakey
Musiqiyə pianist olaraq başlayan Bleykey caz tarixinin ən yaxşı musiqiçisi və caz qrup rəhbəri olaraq tanınır. Sonradan ritm alətlərini ön plana çəkən musiqiçi 36 il ərzində böyük tamaşaçı kütləsi qazanıb.
Çarlz Minqus
Əgər ritm duyumunuzu inkişaf etdirmək istəyirsinizsə, mütləq Minqusu dinləməlisiniz. Uşaqlıqdan dinlədiyi caz musiqilərini öz daxili ritmi ilə birləşdirərək ortaya gözəl sənət nümunələri çıxarıb. Violonçellə musiqiyə başlayan cazmen bir müddət sonra çelloya daha sonra isə bassa keçmişdir. Minqus da bir çoxları kimi "Öldükdən sonra kəşf edilən və dəyəri bilinən" çox böyük sənətçi olaraq tarixə adını yazdırıb.
Ella Fitzcerald
İntonasiyasının və melizmlərinin qüsursuzluğu ilə tanınan müğənni 3 oktavalıq səsiylə böyük caz nümunələri yaradıb. 57 ildən artıq karyerası müddətində 13 dəfə Qremmi mükafatı qazanıb.
Ves Montqomeri
Kim bilə bilərdi ki, bir taksi sürücüsü sonradan dünyanın ən tanınmış caz ustalarından olacaq. Gitarist Montqomeri standart caz dinləyiciləri ilə müasir dinləyicilər arasında bir növ körpü rolunu oynamış, özündən sonra gələn digər gitaristlərə də böyük təsir göstərmişdir.
Mayls Deyvis
Caz trubaçısı, dirijor və bəstəkardır. Atasının ona hədiyyə aldığı truba ilə musiqiyə başlayan Mayls 1970-ci illərdə gənclərin rok musiqiyə daha çox marar göstərdiyini duyur və dərhal qrupuna elektro-qitara, bas gitara və bir sıra müasir musiqi alətləri əlavə edir. Onun "Bitches Brew albomu tarixdə ən çox satılan (400 min ədəd) caz albomu olub.
Billi Holidey
Təxəllüsü Leydi Dey olan sənətçinin uşaqlığı səfalət içərisində keçib, təcavüzə məruz qalıb, 16 yaşında ikən fahişəlik belə edib. Musiqi karyerasına klublarda oxuyaraq başlayan Holidey çox keçmir ki, dövrün ən tanınan prodüseri tərəfindən kəşf edilir. Mahnı sözləri və musiqi yazan caz ifaçısı 44 yaşında serroz xəstəliyi səbəbindən ölüb.
Dizzi Qillespay
ABŞ trubaçısı, bəstəkarı və vokalisti olub. Səhvən 90 dərəcə əyilən trubasının səs tembirinin daha gözəl olduğunu hiss edən cazmen sonradan trubanı bu şəkildə çalmağa davam edir. Müasir cazın yaradıcılarından hesab edilir.
Koleman Havkins
Cazın ilk böyük saksafon ifaçısıdır. Tenor saksafonunun atası sayılır. Ölənə qədər saksafonunu çalıb və albomlar çıxardıb. Əgər, caz aşiqi olan Havkinsi tanımaq və cazı hiss etmək istəyirsinizsə, onun bir neçə mahnısını dinləməlisiniz.
Luis Armstronq
Gəncliyi yoxsulluq içərisində keçən Luis hər zaman nəşəli notlara toxunaraq yaratdığı melodiyaları ilə öz auditoriyasını qazanıb. Armstronqun trubasının tembri və yüksək texnikası onu dövrün cazmenlərindən fərqləndirirrdi.axsam.az