"Uşaqları dəhşət çox sevirəm. Anaların uşaqlarını dayəyə tapşırması mənə çatmır. Ana qədər uşağa kim yaxşı baxa bilər? Bəlkə də, mən gələcəkdə sənəti atıb uşağıma baxacam. Amma məncə insan istəsə, övladına vaxt ayıra bilər".
Unikal.org-un məlumatına görə, bu sözləri müğənni Günay İbrahimli "ARB TV"də yayımlanan "Gəlin danışaq" verilişində deyib.
İfaçı sənətdən getməkdən çəkinmədiyini deyib:
"Mən sənətdən getsəm, qayıtmayacam. Elə müğənnilər var ki, gedib qayıdırlar, amma mən onu etmərəm. Dostlarım deyir ki, bu sənətdən getsən, səni bilirsən nə edərik? Çünki onlar bilirlər ki, çox çirkablar görmüşəm bu sənətdə. Hələ ki, hər şey yaxışıdır, amma gələcəkdə nə baş verəcəyini bilmək olmaz".
G.İbrahimli 2 ildir birlikdə olduğu sevgilisindən bəhs edib:
"Başqa cür insandır. Həyatda sevgidən daha önəmli şeylər var. Ona deyirəm ki, nə vaxtsa ayrılsaq, heç vaxt səni pisləmərəm. O, mənə düzgün yol göstərib, pis insanlardan uzaqlaşdırıb. İnstaqrama şəkilimizi qoyanda, 70 şərhdən 60-ı ona gəlir. Deyirəm ki, sən nə etmisən ki, belə məşhursan? İnsanların ona qoyduqları hörmətə heyranam. Çox gözəl insandır. Şanslı qızam ki, qarşıma belə bir insan çıxıb. O, mənim mahnılarımla nəfəs alır. Mahnılarımı onunla birlikdə seçirik. Hər addımımdan xəbəri var. Qadağalar da qoyur. Bilirəm ki, o, məni həddən artıq çox sevir, mən də onu. Ata-anam hirslənir ki, bunun adını qoyun, camaat baxır. Ailə mütləq lazımdır. Mənə əvvəl sual verəndə ki, ailəni seçərsən, yoxsa sənəti, deyidim ki, əlbəttə, sənəti. Həyatda hər şeyi gördüm. Anladım ki, qadının ən böyük xoşbəxtliyi onun ailəsi, uşaqlarıdır. Sənin övladların olmalıdır ki, sən onlar üçün yaşayasan. O hissləri yaşamaq istəyərəm, Allah da qismət edər. Sevdiyim insana görə yox, ailəmə görə hər şeydən vaz keçərəm".