Türkiyəli müğənni Demet Akalının Ərzurumda konserti baş tutub.
Unikal.org-un ürkiyə mətbuatına istinadən məlumatına görə, müğənni mənfi 20 dərəcə şaxtada konsertə qalın gödəkçədə çıxıb.
Dəniz səviyyəsindən 3176 metr yüksəklikdə yerləşən bu əyalətdə havanın soyuq olmasına baxmayaraq müğənni konserti davam etdirərək, pərəstişkarlarını coşdurub.
Demet bildirib ki, Ərzurumun kababından, dolmasından çox yediyi üçün gödəkçəsinin düyməsi qırılıb.