"İnstaqram səhifəmi qırmaq üçün bir neçə dəfə cəhd göstəriblər. Fan səhifələrimi, "Soyuqdur heşteqimi şikayət ediblər.
Unikal.org-un məlumatına görə, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkədə yazaraq bildirib ki, onun sosial şəbəkələrdəki profillərinə hücum ediblər:
"Sözüm işini buraxıb bununla məşğul olanlaradır. Ömür boyu başqalarının uğurunu həzm etməyib, yalnız bu cür işlərlə məşğul olduğunuz üçün ömrünüz hədər getdi və getməkdədir. Siz bu və ya digər etdiyiniz murdarçılıqlarla mənim telimə də zərər vura bilmədiniz. Əksinə hər cəhdinizlə Allah mənə daha bir uğur verdi. Sizə yalnız uğurlarımın heşteqini şikayət etmək qaldı. Çox maraqlıdır, lap səhifəmi sındırdınız, adım harada var, oranı şikayət etdiniz... Bu sizə uzağı təsəlli olacaq, mənim də bir az əhvalım pozulacaq. Amma nəticə eyni qalacaq. Siz cılız düşüncəli bədbəxtsiniz. El ucalanları sevir. Çünki Allah sevəni hamı sevir.