Model Cansu Taşkın İnstaqram səhifəsndə izləyicilərini kədərləndirəcək bir addım atıb.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, bir sıra məşhurlar kimi şərh yazma bölməsini bağlayıb.
Son olaraq qırmızı geyimdə fotosunu paylaşan Cansu yazıb:
"Bu şəkildən sonra şərh yazma bölməsini bağlamaq qərarına gəldim. Bunu sevənlərimə hörmətsizlik olmasın deyə edirəm. Çünki bəziləri həddini aşır və başqalarını incidəcək şərhlər yazırlar.
Qeyd edək ki, son dəfə müğənni Gülben Ergen də bu cür addəm atmışdı.
Xatırladaq ki, Taşkın bir müddət əvvəl evli iş adamının ona reklam üçün sevgi münasibəti yaşamağı təklif etməsi ilə gündəmə gəlib. O, modelə 200 min lirə (təxminən 100 min manat) təqdim edib.