"Sənət aləımində cəmi 5 nəfər yaxın adamım var. Hamısı ilə normal münasibətdəyəm, amma mən onların evinə getmirəm, onları da çağırmıram. Bilsəm ki, hər şeyi söz eləməyəcəklər, dəvət edərəm. Mən bu sahədə çox bişmiş adamam, hər şeyi bilirəm. Kənar adam gələr, abırla oturub gedəndən sonra da yaxşı danışar. Sənət adamı gələr, çıxıb gedəndən sonra paxıllıqdan başqa şey danışar. Nəyə lazımdır ki? Evimi çəkməyə icazə vermirəm. Bəzi şeylər var ki, bizim millət onu çox şişirdir. 45 ildir bu sənətdəyəm, maşınım, evim olmamalıdır?".
Unikal.org-un məlumatına görə, bu sözləri əməkdar artist Cavanşir Məmmədov "ARB TV"də yayımlanan "Evgördü" verilişində deyib.
Müğənni həmkarları ilə dostluq etmədiyinisöyləyib. İfaçı toy qiymətini açıqlayıb:
"Sənət adamı ilə dostluq etmək hər adamın işi deyil. Gecə 4-də zəng edir ki, nə var, nə yox, nə edirsən? O qədər süni şeylərdən istifadə edirlər ki, qorxursan o adamla oturub-durmağa".
Toy qiymətimi niyə gizlətməliyəm ki? 1983-cü ildən də vergimi verirəm. Bizdən çox vergi almırlar axı, cəmi 4 faizdir. 4 fazi nə olan şeydir ki, onu verməyəsən. 10 min manatın qabağında 40 manat xərcləmirsənsə, deməli, sən kişi deyilsən. Toy qiymətini açıqlamayanlar yalan danışırlar. 5 minə gedir, amma çıxıb deyir ki, 8-10 minə gedirəm. Sonra da vergiyə deyir ki, qiyməti aşağı salıblar, 5 minə getmişəm. Sən 8 mindən 500-1000 aşağı düşə bilərsən də, 3 min düşməzsən axı. Yalan danışırlar, həmin yalanla da quyuya düşürlər".
C.Məmmədov kişinin kişi ilə duet oxumağını qəbul etmədiyini bildirib:
"Hər adamla duet oxumaq olmaz. Səs tembri, oxuma manerası düz gəlməlidir. Tək oxumaq duet oxumaqdan asandır.2 kişi duet oxuyur, görürük ki, təklikdə yaxşı oxuyan bu adam çox zəif imiş. Qadınla kişi duet oxuyub həmişə, kişilərdə kvartet, trio olub. Kişinin kişi ilə duet oxumağı qəbul olunan deyil".