"Hamıya məsləhət görürəm ki, heç bir sirrini etiraf etməsin. Həyatımda bir dəfə nəyisə etiraf etmişəm, indiyənə kimi onun əziyyətini çəkirəm. Sonra o söz sizə qarşı çevrilir. Birini çox istəyəndə, layiq olduğundan artıq dəyər verəndə, çaşır, qudurur".
Unikal.org-un məlumatına görə, bu sözləri xalq artisti Nisə Qasımova "ARB TVdə yayımlanan "Gəlin danışaq verilişində deyib.
Müğənni platonik sevgi tərəfdarı olduğunu deyib:
"Gənc yaşlarımda sevdiyim birini heç kimə deməyib, içimdə saxlasaydım, indi həyatım yaxşı olardı. Amma adama bildirdim və hər şey bərbad oldu. Onu çox sevdiyimi bildirməməliydim. Bəlkə də elə başa düşəcəklər ki, insanlara evlənməməyi məsləhət görürəm. Xeyr, sadəcə sirri ürəyində gizlətməlisən. Sevgi sirdir, onu ikinci-üçüncü insan bildisə, bitir".