İngiltərədə yayımlanan "The Geordie Shore" adlı verilişin 21 yaşlı ulduzu Xlo Ferri ölən nənəsiylə çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında paylaşıb.

Unikal.org Milliyet-ə istinadən xəbər verir ki, realiti-şou ulduzu Xlo ölən nənəsini xatırlamaq üçün paylaşdığı fotosu ilə təqibçilərini hövsələdən çıxarıb.

Ölüm döşəyində olan nənəsiylə xəstəxana otağında selfi çəkən Ferri yaşlı qadının həyatını itirməsindən sonra paylaşdığı fotoya: "Hüzur içində yat, nənəciyim. Səni çox sevirəm. Əsla unutmayacağam", - yazıb.

Bu paylaşımdan sonra Ferri İnstagram-da ciddi narazılıqlarla qarşılaşıb.
Aktrisa nənəsinin cəsədiylə şəkil çəkdirib paylaşdı - FOTO