"360 TV"-də yayımlanan "Hər Şey Dahil"in aparıcılarından Çağla Şıkel digər həmkarı müğənni Alişanın az qala boğulmasına səbəb olacaqdı.
Unikal.org sözcü-yə istinadən xəbər verir ki, Alişan və Çağla Şıkelin təqdim etdiyi verilişdə qonaq olan Akupunktur Dərnəyi başçısı Dr. Murat Topoğlu stress atacaq qidalardan danışıb. Limonu buna misal göstərən Topoğlu yarım limonun üstünə bir az duz töküb suyunu içməyin stressi azaltdığını qeyd edib.
Çağla Şikel bu təklifi canlı yayında sınadı və daha sonra həmkarı Alişana limon suyunu içirmək istəyib. Ancaq məşhur müğənni yarım limondakı suyun ağzına dəydiyi anda boğulmağa başlayıb. Alişan 5 dəqiqə ərzində ekrana qayıda bilməyib.
Verilişin sonlarına doğru yenidən efirə qayıdan Alişan bir anlıq, sanki, ömrünün son anlarını yaşamış olduğunu deyib.