Son olaraq "Dönerse senindir" filmində oynayan aktrisa Yasemin Allen maraqlı açıqlama verib.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, o, kişilərdə ən çox bəyəndiyi xüsusiyyətdən danışıb.

"Gülməli insanları sevirəm. Kişi güldürməyi bacarmalıdır. Amma, bu, kiminləsə məzələnmək xətrinə olmamalıdır. İki əks cinsin nümayəndəsi birlikdə gülə bilirsə, bu, eşqdir", - deyə aktrisa bildirib.

Qeyd edək ki, ötən gün Yasemin "Dönerse senindir" filminin Bakıda keçirilən qala gecəsinə qatılıb. Onunla birlikdə tərəf müqabilləri Murad Boz və İrem Sak daölkəmizə gəliblər.