Elə insanlardan qorxuram. Sakitləşsin, məndən əl çəksin. Deyilən söz mənə toxunanda, cavab verməliyəm. Yoxsa gecə yata bilmərəm.

Unikal.org-un məlumatına görə, bu sözləri müğənni Səidə Sultan "Xəzər maqazin"ə açıqlamasında müğənni Elnarə Xəlilovanın onun ünvanına işlətdiyi "Onu səhnəyə mən gətirmişəm" kəlməsinə əsəbiləşdiyini bildirib:


"Onun dediyi sözlər məndə elə qıcıq yaratdı ki, cavabını verməliydim. Övlad dünyaya gətirəndə insanın başı ona qarışır. O da ailəni seçdi. Biz isə sərbəst qızlar idik. Sənətlə məşğul olduq. Bu da onu qıcıqlandırır. Bu sağlam rəqabət deyil. Qızlar işləyirlər, öndədirlər. Onun da ifritəliyi tutub ki, onlar niyə elədir, mən yox. Elə insanlardan qorxuram, beləsindən uzaq durmalısan. Kin vurub üzünə".

S.Sultan ailə qurması ilə bağlı sualları cavablandırıb:

"Mənə ailə söhbəti düşmür. Bu haqda nəsə deyəndə alınmır. Gərək deyim ki, ərə getmirəm. Qismət, nə vaxt olsa alınar. Elə bir oğlana ərə getməliyəm ki, onun bir baxışında qorxmalıyam. Çox azad insanam. Ruhu zəif oğlana ərə gedə bilmərəm. Onun görüntüsü hər şeyi deməlidir".