Müğənni Nurlan Əzizbəylinin səhhəti pisləşib.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda sosial şəbəkədə yazıb.
O, yataqda fotosunu paylaşaraq "Axır ki, mən də yatağa düşdüm. Üstünüzə sağlıq, amma keçər yəqin" deyə, qeyd edib.
Həkimlər N.Əzizbəyliyə mikroinfarkt diaqnozu qoyublar. Ev şəraitində müalicə alan müğənninin səhhəti hazırda yaxşıdır.