Müğənni Səidə Sultan "Xəzər maqazində" qonaq olub.
Unikal.org xəbər verir ki, ifaçı ailə qurması ilə bağlı sualları cavablandırıb:
"Mənə ailə söhbəti etmək düşmür. Bu haqda nəsə deyəndə alınmır. Gərək deyim ki, ərə getmirəm. Qismət, nə vaxt olsa alınar. Elə bir oğlana ərə getməliyəm ki, onun bir baxışından qorxmalıyam. Çox azad insanam. Ruhu zəif oğlana ərə gedə bilmərəm. Onun görüntüsü hər şeyi deməlidir".