"ATV maqazin onlarla verilişinin "Gəlmələr rubrikasının qonağı müğənni İlhamə Qasımova olub.
Unikal.org-un məlumatına görə, ifaçı şəxsi həyatından danışaraq
ərinin ondan 18 yaş böyük olduğunu bildirib.
"Bu mənim alın yazımdır. İlk həyat yoldaşım da məndən 16 yaş böyük idi. Yoldaşım toylarda oxumağımı istəmir. Mən də şərt qoymuşam ki, məclislərdən aylıq qazanacağımı mənə versin, toya getməyim. Sonra mənimlə razılaşdı. Mən ailə üçün hər şeydən keçə bilirəmsə, o da nələrisə keçməlidir.
İ.Qasımova övlad sahibi olmaq istıədiyini deyib:
"Övladım yoxdur. Amma "Yeni ulduza gələndə məni övladım varmış kimi qələmə vermişdilər. Bu söhbətlər mənə pis təsir etdi. İllərdir ki, övladım olmasını istəyirəm, amma alınmır. Övladım olduğu haqda şayiə yayanların ailələri də illərlə övlad həsrəti ilə yaşasınlar. Heç vaxt qarğış etməmişəm. Amma övlad elə şeydir ki, onun şayiəsi olmaz. Həyatda elə qadın yoxdur ki, ana olmağı istəməsin.