"Hər gün "İnstagram səhifəmdə ən azından 15 nəfər yardım üçün mənə müraciət edir. Əvvəllər bu yardımı edirdim. Sonradan aldanıldığımı bilib, yardım etmədim.
Unikal.org xəbər verir ki, bunu ATV kanalında yayımlanan "100 ölç, 1biç verlişində məşhur meyxanaçı Namiq Qaraçuxurlu deyib.
O, sosial şəbəkələr vasitəsilə yardım istəyən insanları tənqid edib:
"Əvvələr sosial şəbəkələrdə mənə yardım üçün müraciət edənlərə kömək edirdim. Sonradan gördüm ki, məni aldadır. Bizim hər kəsə maddi yardım etməyə gücümüz çatmır. Kənardan ola bilər çox imkanlı adam görünək. Amma, bu belə deyil. Bunun üçün dövlətdə müəyyən qurumlar var. Hər kəs yardım üçün sosial şəbəkələrdə məşhur şəxslərə deyil, sözügedən dövlət qurumlarına müraciət etsə daha yaxşıdır. Mən bəzi insanlar tərəfindən şəkil paylaşaraq yardım istəyənlərin uğurlu nəticəsinə də inanmıram. "İnstagramda o insanlara yardım edilməsinə inanmıram. Hətta məndən ad günü keçirmək üçün yardım istəyənlər də olur. Deyir, ad günü keçirmək istəyirəm pulum yoxdur, kömək elə ad günü keçirim. Nə olub? Pulun yoxdur keçirmə dəə... Biz sənət adamıyıqsa, bu o demək deyilki pulumuz çoxdur. Gün ərzində 10-15 nəfər məndən maddi yardım istəyir.
Namiq Qaraçuxurlu gün ərzində ondan 40 min manatadək yardım istəyənlərin də olduğunu deyib:
"Bir dostum mənə deyir ki, sənin üçün min manat nədiree? Məndə deyirəm ki, gün ərzində gəl dur yandımda, görün məndən nə qədər bu pulu istəyənlər olur. Gün ərzində min manat istəyənlərin sayı bəzən 40 nəfər olur. Bu da 40 min manat pul deməkdir. Bunu qazanmaq asandır?.