Uzun müddətdir ki, səhnələrdən uzaq gəzən Kəmalə Qaramollayeva virusa yoluxub. 

Unikal.org xəbər verir ki, bu barədə ifaçının özü sosial şəbəkədə məlumat verib.

8 aylıq hamilə olan müğənni hərarətinin 40-a çatdığını qeyd edib:

"Hələ ana olmağıma bir ay var, güclü virusa yoluxmuşam. Təcili xəstəxanaya gətirildim, Allah hamıya kömək olsun, mən də sağ-salamat qurtarım.

Qeyd edək ki, Kəmalə Teymur adlı şəxslə 2013-cü ildə ailə həyatı qurub.