Barak Obama dünən Çikaqoda ABŞ prezidenti kimi son çıxışını edib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, o vida nitqində postunu optimist ruhda tərk etdiyini bildirib. Obama Donald Trampı nəzərdə tutaraq "Gələcək yaxşı əllərdədir" deyib.
O, qeyd edib ki, ABŞ dünyada ən güclü dövlətdir, onun əsas düşmənləri esktremistlər və avtoritar rejimlərdir.
B.Obama daha sonra tribunadan xanımı Mişel Obamaya səslənib:
"Son 25 ildə sən təkcə mənim həyat yoldaşım və uşaqlarımın anası deyildin. Həm də mənim ən yaxın dostum idin. Səninlə fəxr edirəm. Bütün ölkə səninlə fəxr edir".
Bu sözlərdən sonra siyasətçi kövrəlib və göz yaşlarını tuta bilməyib.