Son zamanlar Azərbaycanın internet bazarında provayderlərdən narazıların sayı günbə-gün artır. Bu tendensiya həm özəl, həm də dövlət provayderlərinə aiddir.

Ölkədə kifayət qədər abunəçiyə xidmət göstərən "Alfanet provayderinin də göstərdiyi xidmətin keyfiyyəti son zamanlar ciddi şəkildə aşağı düşüb. "Unikal qəzetinin və Unikal.org saytının redaksiyası həmin provayderin internet xidmətindən istifadə edir. Lakin yaranan problemlər onu deməyə əsas verir ki, "Alfaneti müştəri məmnunluğu yox, yanlız "cib maraqlandırır. Gün ərzində internetin sürətinin dəfələrlə artıb azalması, qırılmaların baş verməsi redaksiyanın işinə ciddi problemlər yaradır. Əlavə pul qazanmaq üçün yaratdıqları problemi aradan qaldırmaqdan ötrü texniklərini göndərirlər. Pullu xidmət müqabilində isə internet yalnız həmin gün normal işləyir. Növbəti dəfə müraciət etdikdə isə yeni bəhanələr gətirməyə başlayırlar.

Image result for osman gündüzÖlkədəki internet təminatçılarının xidmət səviyyəsi ilə bağlı araşdırmamız zamanı bu sahədə ciddi problemlər olduğunu üzə çıxardı.

Bu barədə firkilərini Unikal.org-la bölüşən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də son zamanlar provayderlərin xidmətlərinin keyfiyyətində ciddi problemlərin meydana çıxdığını deyir:

"Biz də son zamanlar xidmətlə bağlı şikayətlərin artıdığını müşahidə edirik. Azərbaycanda bu problem uzun müddətdir öz həllini tapa bilməyib. Hələ də Azərbaycan internet bazarında qeyri-müəyyən mühit var. Bu da dövlət və özəl provayderin birgə fəaliyyət göstərməsinin nəticəsidir. Bazarın 50 faizi dövlət provayderinin nəzarətindədir. Bazardakı qiymətə də, keyfiyyətə də bu situasiya təsir edir. Hesab edirəm ki, nazirliyin yeni təhbərliyi bu məsələni kökündən həll etməlidir. Kommunikasiya sahəsinin inkişafı ilə bağlı Yol Xəritəsi var. Burada dövlət provayderlərinin özəlləşdirilməsi öz əksini tapıb. İqtisadiyyat Nazirliyinin tabeliyində Antiinhisar Siyasəti və İtehlakçılların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən çox narazıyıq. Qurum hələ də digital sahədə olan istifadəçilərin hüquqlarının qorunması istiqamətində hər hansı bir addım atdığını müşahidə etməmişik. Hesab edirəm ki, bu məsələr tez bir şəkildə həllini tapmalıdır.

Həsən Babayev