Türkiyəli müğənni və aktyor Əmrah üçüncü dəfə ata olub.
Unikal.org Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənninin 2014-cü ildə ailə qurduğu Sibel Kirer dünən qız övladını dünyaya gətirib. Cütlük körpəyə qoyduqları adı hələ ki, açıqlamayıblar.
Qeyd edək ki, Əmrahın S.Kirerlə evliliyindən 2 yaş yarımlıq bir oğlu da var. Həmçinin müğənninin ilk evliliyindən uzun müddət qəbul etməsə də, sonradan soyadını verdiyi Tayfun adlı oğlu var.