Cennifer Lopes "W magazine jurnalının martda çıxacaq nömrəsinin üz qabığını bəzəyib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, müğənni ilə birlikdə məşhur modelyer Donatella Versaçe, Keyt Moss, Cessika Çesteyn və Taraci Xenson da çəkilib.

Pop diva jurnala verdiyi müsahibədə Mark Entoni ilə boşandıqdan sonra gənc kişilərlə görüşməsinə aydınlıq gətirib:

"Oğlanlar 20 yaşında çox lovğa və cəsarətli olur, qızlar həmin yaşda özünə güvənmir. Yetkin yaşda isə qadınlarla kişilərin rolu dəyişir: Kişilər daha çox şübhə etməyə başlayır, ancaq qadınlar öz bədənlərini daha gözəl hesab edir. 20 yaşında mən də öz bədən quruluşum və zahiri görkəmim haqqında müsbət fikirdə deyildim. İndi özümü yüksək qiymətləndirirəm. Söhbət mükəmməllikdən getmir. Sadəcə mənim keçmişdən qalan "çapıqlardan xoşum gəlir.

Xatırladaq ki, Lopez 5 ilə yaxın özündən 18 yaş kiçik rəqqas Kasper Smartla görüşüb. Cütlük ötən ilin sonlarından ayrılmağa qərar verib. İndi isə pop doivanın adı məşhur reper Dreyklə hallanır.



JLO -CASPER SMART
Картинки по запросу j lo casper smart

JLO -DREYK


JLO- EKS ƏRİ MARK ENTONİ
Картинки по запросу jlo MARK