Xalq artisti Rafiq Hüseynov (Rəmiş) saçına rəng qoyub, sırğa taxan kişi ifaçılarını tənqid edib.
Unikal.org-un məlumatına görə, gitara ifaçısı "Xəzər maqazin"ə açıqlamasında kişiyə bu hərəkətləri yaraşdırmadığını deyib:
"Biri qəribə formada saqqal saxlayır, biri saçına boya yaxır. Belə məşhurluq olmur. Millətə sənət göstərin. 70 yaşım var, saçım ağappaqdır. 80 yaşında saçı qara olana necə baxım? Biri hovuzda çimir, efirdə bunu göstərir. Sənətkar hamamda çimdiyini 9 milyona göstərər? Mənə irad tutmasınlar, düz danışıram. Gedib sənətlə məşğul olsunlar.Mən öz işimi yaxşı bilirəm. 50 ildir bu sənətdəyəm. Siz dünən çıxıb,saç rəngləyirsinizsə, düz deyil".
Rəmişin tənqidinə sənət aləminin tanınmış simaları cavab verib.
Əməkdar artist Ədalət Şükürov gitara ifaçısına haqq qazandırıb:
"Rəmiş müəllimlə razıyam".
İzzət Bağırzadə"Dahi ustad Əlibaba Məmmədovun saçı ağappaqdır. Amma necə gözəl görünür. Tökülmək Allahın işidir. Saçımarəng qoymaram" deyə, bildirib.
Elçin Cəfərovisə heç vaxt saçına rəng qoymayacağını deyib:
"Özüm etməsəm də, başqalarına normal baxıram. Şəxsi fikirdi, kiməsəqarışa bilmərəm. Rəmiş müəllim isə yaşlı sənətkardı, onun reaksiyası normaldır. Amma indi dövür dəyişib".
Elmir "Kişilərimiz saçına boya vurur, belə etmək lazım deyil" cavabını verib.
Ramal İsrafilov saç boyayıb, sırğa taxmağa normal baxdığını bildirib:
"Sırğam var... Bu da ifa etdiyim mahnıların tərzinə görədir. Hələ tərzimi dəyişmək istəyirəm. Fərqlənmək lazımdır. Ola bilsin ki, qollarıma tatu etdirdim".
Eldar Qasımov isə Rəmişi qınayıb:
"Təhqir etmək olmaz, insan ilk növbədə özünə baxmalıdır.Mən də kiməsə söz atıram, sonra düşünürəm ki, yanlışdır. Mənə də başqası baxanda yüz dənə səhv tutar".
Rəhim Rəhimli "Kişi sənətçisi saçını iyrənc rəngə boyasa, sırğanı yanlış təqdim etsə, bu səhvdir.Onları minlərlə insan izləyir, düzgün davranılmalıdır. Doğru təqdim edənə pis baxmazlar" deyib.
Nadir Qafarzadə "Sırğa da, saç boyamaq da dəbdir. Yekəpər idmançılar var ki, sırğa taxır. Xaricdə 70 yaşlı kişi görmüşəm qulağında sırğası"cavabını verib.
Niyam Salami isə "Müğənni səhnədə qocalmamalıdır. Tamaşaçı onun qocalığını hiss etməməlidir. Rəng də, xına da qoymalısan" deyərək, etirazını bildirib.