"Bu videonu xərçəng xəstəliyindən əziyyət çəkən bütün insanlara motivasiya olsun deyə paylaşıram. Artıq 6 il keçib. Bu video çəkilən ərəfədə mən 6 dəfə kimyəvi terapiya qəbul etmişdim.
Unikal.org xəbər verir ki. bu sözləri aktrisa, aparıcı Zümrüd Qasımova sosial şəbəkədə yazıb.
"Bu videoda arıqlayıb 47 kiloqram olmuşdum, saçım yox idi. Qaşlarım tökülmüşdü. Amma buna baxmayaraq, paltar tikdirmişdim ki, zövqlü görünüm. Saçıma bandana vurmuşdum ki, yoxluğu bilinməsin. Əylənirdim, oynayırdım... Xəstəliyin acığına yaşadım. Hər birinizə şəfa diləyirəm. Həyat gözəldir.