Rejissor Rafiq Dadaşov dünyasını dəyişib.

Unikal.org-un APA-ya istinadən məlumatına görə,bu haqda Cəfər Cabbarlı adına "Azərbaycanfilm kinostudiyasının direktoru Müşfiq Hətəmov xəbər verib.

Rafiq Dadaşov fevralın 5-də vəfat edib. O, bu gün Bakıda dəfn olunacaq.

Qeyd edək ki, Rafiq Dadaşov 20 iyul 1946-cı ildə Bakıda anadan olub. 1963-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işə qəbul olunub. 1964-cü ildə rejissor köməkçisi kimi işə başlayıb.

2002-ci ildə Azərbaycan Televiziya və Radio verilişləri QSC "Aztelefilm" birliyində kinorejissor vəzifəsində çalışıb.

O, "Qəm pəncərəsi, "Bir cənub şəhərində, "Dantenin yubileyi, "Ötən ilin son gecəsi və s. filmlərin rejissoru olub.

2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.