"Demişəm, deyəcəm də: Elza Seyidcahan zövqsüzlük ikonasıdır. Məndən müsahibə aldılar soruşdular "zövqlülər kimdir, mən də adlarını çəkdim. Elza xanım deyir ki, zövqsüzlərə zövq diktə edirəm. Gülməlidir....
Unikal.org-un məlumatına görə, bu sözləri stilist Anar Ağakişiyev "ATV maqazin onlarla verilişinə açıqlamasında deyib.
Əməkdar artist Elza Seyidcahanla qalmaqal yaşayan stilist onun səs yazılarını təqdim edib. O bildirib ki, Elza efirdə onu tənqid etsə də, telefonda onun ünvanına təriflər yağdırıb:
"Yazıq özü-özünü "zövqlü" hesab edir. Budur zövq? Həmin Elzadır ki, mənə "Səni öpürəm bağrıma basıram. Həmişə yanındayam. Ustadımız, Allah səni bizə çox görməsin sözlərini deyir(səsini qulaq asdırır - red.). Bunları yazır, efirdə dediyi nədir?".
A.Ağakişiyev ifaçının ona dediyi "Anarı bağışlayıram" sözlərinə də münasibət bildirib:
"Deyir, Anarı bağışlayıram... Mən ondan üzr istədim? Əgər Elza xanım insanları şeirləri ilə güldürməyə öyrəşibsə, mən o şeirlərdən deyiləm.