ABŞ-ın Yazu-Siti şəhərində (Missisipi ştatı) silahlı insident baş verib.

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, gecə klubunun avtomobil dayanacağında baş verən atışma nəticəsində 4 nəfər ölüb.

Onlardan ikisi hadisə yerində, daha ikisi xəstəxanada ölüb. İlkin məlumata görə, hadisə mübahisə zəmində baş verib. İnsidentlə əlaqədar bir nəfər polis tərəfindən saxlanılıb.