"10-dan sonra verilişində qonaq olan əməkdar artist Cavanşir Məmmədov toy qiymətlərindən danışıb.
Unikal.org xəbər verir ki, müğənni məclisə baha getmədiyini və baha qiymətə gedən həmkarlarını tənqid edib:
"42 ildir toya gedirəm. 21 ildir Firuzə İbadova ilə birlikdə çalışırıq. Heç vaxt qiymət oxumamışam. Kiminsə ürəyində arzusu məni toya çağırmaqdır. Gedib nəyi var banka qoyub, borc götürsün mənə versin? Axı bu pul mənə haram qoyar. Müğənnilər özlərinə qiymət qoyur, sabah da vergi üstlərinə düşəndə danırlar. Toya baha getmək, yaxşı oxumaqdan irəli gəlmir. Ola bilsin ki, kiminsə üç-dörd mağazası var, ordan pul qazanır. Ayda bir bahalı toya gedir ona bəs edir. Elə olub ki, Firuzə İbadova ilə 50 manata toya getmişəm. İnsan zəng edib ki, imkanım yoxdur, gəlin. Getmişik, 50 manat almışıq. Belə insan başqa yerdə sənə rast gələndə qucaqlayır.