Ötən həftə Azərbaycanda eyni gündə iki məşhur -Rüfət Axundov və Ədalət Şükürov vəzifəyə təyin olundu. Bu məsələ gündəmə sənətçilərin öz ixtisasları üzrə və ya incəsənətdən tamamilə uzaq sahələrdə rəhbər vəzifə tutmaqlarını gətirib.
Unikal.org müxtəlif sahələrdə vəzifədə olan məşhurların siyahısını təqdim edir:
Xalq artisti Azərin Müdafiə Nazirliyinin zabiti, baş leytenantıdır.
Əməkdar artist Ədalət Şükürov Kikboksinq Federasiyası tərəfindən Sumqayıt Regional Klubun prezidentidir.
Aysel Əlizadə Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində yaradıcı kollektivin bədii rəhbəridir.
Leyla Ramazanlı Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının direktorudur.
Rüfət Axundov Müfadiə Nazirliyinin Mərdəkan Hərbi İstirahət Evinin bölmə rəisidir.
Meyxanaçı Namiq Məna Mədəniyyət və Turizm Nazirliyində vəzifədədir. O, nazirliyin Sumqayıt şöbəsində çalışır.
Aktyor İntiqam Soltan (Həsənov) Bakı Uşaq Teatrının direktorudur.
Aşıq Əli Qobustanlı adına Mədəniyyət Evinin "Aşıqlar xalq kollektivinin rəhbəridir.
Musiqiçi Mircavad Cəfərov "Cəngi estrada folklor ansamblının direktorudur.
Aparıcı Kamran İsrafilov Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəridir.
Musiqiçşi Akif Süleymanbəyli 2 saylı Vaqif Mustafazadə adına Uşaq İncəsənət Məktəbinin direktorudur.qafqazinfo