"Xəzər maqazin verilişində maraqlı açıqlamalar edən əməkdar artist Röya Ayxan ikinci dəfə ailə qurmaqdan danışıb.
Unikal.org xəbər verir ki, ifaçı 40 yaşında ərə gedəcəyini bildirib:
" Yalan deməyəcəm, həyatımda heç kim yoxdur. Hüseynin arzuları var. Ondan sonra ailə qurmaq haqqında düşünərəm. Hiss edirəm ki, 40 yaşında ailə quracam. Dostlarım deyir, ay qız, oğlun böyüyür, onu düşünməlisən. Deyirəm niyə özümü düşünməməliyəm? Hətta 50 yaşımda bikinidə konsert verəcəm. O bədəni saxlayıramsa, niyə də eləməyim?