Azərbaycanın xalq artisti Azərin Türkiyə saytına açıqlama verib. Bildirib ki, sənətçi "15 iyul tarixinə aid əsər ərsəyə gətirib.
Sənətçi 15 İyul hadisəsini Azərbaycana və Türk dünyasına əsərləri ilə izah etməyə çalışıb. Belə ki, ifaçı "21-ci əsrin dastanını dövlət, xalq olaraq Türkiyə yazdı və dünyaya mübarizənin,, "bayraq enməz və azan dinməz cümləsinin nə demək olduğunu bir daha göstərdi sözlərini qeyd edib.
Azərin 15 İyulda Türkiyəyə gəlişini, demokratiya keşiklərinə qatıldığını və sonrakı proseslərdə hər konsertində, işində milli birlik və bərabərlik mövzusunda əsərlər yer aldığı qeyd edilib. Azərin, sözləri Çingiz Numanoğluna aid olaan "15 İyul" adlı əsərini dilə gətirərək sözügedən əsərdən qürur duyduğunu ifadə edib.
"Şərəfli tarix"
Azərbaycan xalqı qardaş türkiyədə 15 İyulda yaşananları çox yaxşı anladıqlarını və öz ölkələrində baş vermiş kimi qəbul ediblər.
Azərin, "15 iyul tarixini Azərbaycan xalqı daha yaxşı başa düşür. Çünki buna bənzər hadisələri Azərbaycan xalqı 19 yanvar 1990-ci ildə Rus ordusunun Azərbaycana girməsiylə edilən qırğında yaşadı. Biz də həmin tarixi "Şərəfli tarix deyirik, çünki o tarixdən sonrakı dövrdə Azərbaycan Respublikası yenidən quruldu. Ona görə 15 İyulda yaşanan hadisələr bizə yad gəlmədi. Mən o gün Bakı şəhərindəydim, xalqımız olanları çox böyük həyəcanla izlədi. Həmin an prodüsserimə "Təcili Türkiyəyə getməliyik dedim və ertəsi gün özümü Türkiyədə tapdım. Demokratiya keşiklərinə qatıldım və xalqın yanında olmaq istədim. Burada Türk xalqı böyük bir dastan yazdı, 21-ci əsrin dastanını dövlət olaraq, xalq olaraq Türkiyə yazdı və dünyaya mübarizənin nə demək olduğunu, "bayraq enməz və azan dinməz cümləsinin nə demək olduğunu bir daha göstərdi.
Azərbaycan xalqı olaraq hər zaman Türkiyə dövlətinin yanındayıq. Türkiyənin ayaqda güclü durması türk-islam dünyası üçün olduqca vacibdir. Nüvaz Musiqi Şirkəti olaraq "15 iyul "əsərini ortaya çıxardıq. Xalqımız sözügedən əsəri bəyənib, qəbul etdi. Mən bir çox hərbi hissələrdə konsertlər vermişəm. Növbəti konsertim isə 18 mart Çanaqqala şəhidlərinin anma günündə Türk Silahlı Qüvvələrinin dəvəti ilə olacaq. Ardınca da konsertimiz İstanbulda davam edəcək. Biz bir millət, iki dövlətik. Bundan sonra da Türkiyənin yanındayıq.