Bir müddət əvvəl gözündən əməliyyat olunan Azərbaycanın məşhur estrada müğənnisi, Xalq artisti Flora Kərimovanın səhhətində irəliləyiş var.
Unikal.org xəbər verir ki, bu barədə report-a sənətçi özü məlumat verib.
"Hər şey qaydasındadır. Gün keçdikcə özümü daha da yaxşı hiss edirəm. Yenidən səhnəyə çıxmaq istəyirəm. Ancaq təəssüf ki, televiziyalar məni efirlərə dəvət etmirlər, - deyə, o, əlavə edib.
Qeyd edək ki, xalq artistinin əməliyyat olunmasına səbəb insultdan sonra yaranan görmə zəifliyi olub.