Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın azadlığa buraxılması sənətkarın yaxın qohumlarının ürəyincə olmayıb. Xalq artistinin bacısı yerli mediaya açıqlama verərək, bu xəbərdən narahat olduğunu bildirib.
Unikal.org İstipress-ə istinadən xəbər verir ki, sözügedən məsələ ilə bağlı mərhum xalq artistinin oğlu Orxan Nadirov açıqlama verib.
O, bu xəbərdən nəinki narahat olduğunu bildirib, hətta Mehriban Hüseynovanı bağışladığını açıqlayıb:
O, bu xəbərdən nəinki narahat olduğunu bildirib, hətta Mehriban Hüseynovanı bağışladığını açıqlayıb:
"Məhkəmədə də demişəm. Mənim ona qarşı heç bir kinim yoxdur. Mən onu bağışlamışam. Allah bağışlayandırsa, mən nə karəyəm. Allah köməyi olsun. Əsas odur ki, cəzası nə idisə, onu çəkdi".
O. Nadirov, həmçinin haqqında gəzən "Mehriban çıxdısa, Orxan həbs olunacaq" kimi sözh-söhbətlərə də aydınlıq gətirib:
"Niyə məni həbs etməlidirlər? Bu fikirlər anamın sağlığından gəzir. Əgər mən həbs olunmalı idimsə, bu məsələni prokurorluq araşdırırdı. Nəyi gözləyirdilər? Mənim günahım olsaydı, çoxdan həbs olunardım. Mən belə boş sözlərə əhəmiyyət vermirəm".