Qan xərçəngindən əziyyət çəkən tanınmış rejissorŞahin Zəkizadənin səhhəti yenidən pisləşib.

Unikal.org-un məlumatına görə,bu haqda rejissorun həyat yoldaşı Səbinə Zəkizadə sosial şəbəkədə məlumat verib.

O bildirib ki, Şahinin əməliyyat olunması mütləqdir:

"Həkimlər əllərindən gələni edirlər. Hərarəti düşməlidir, amma hələ də yüksəkdir. Bu halda əməliyyat olunması belə mümkün deyil. Ağrıları o qədər kəskindir ki, dözə bilmir. Həkimlər ən güclü və bahalı ağrıkəsiciləri vururlar, təsir etmir. Qan da köçürürlər. Tək ümüdimiz Allaha qalıb. Ağciyəri də yaxşı deyil, nəfəs alması çətinləşib. Allah Şahini övladlarına bağışlasın.