Azərbaycanlı aktyor Ruslan Sabirli sevgi etirafı edib.
Bu barədə Unikal.org-a açıqlama verən aktyor bunları deyib:
"Bu gün mənim üçün özəl bir qadının ad günüdür. Bu səbəblə bir etiraf etmək istəyirəm. Mən səni sevirəm. Səni ürəkdən təbrik edirəm. Nə yaxşı ki sən varsan! Doğulduğum gündən bu gunədək qayğıma qalırsan. Sənə olan sevgimi layiqincə nümayiş etdirmək həmişə alınmır, amma səni çox sevdiyimi bilirsən. Allah səni və sənin sevgini mənə çox görməsin. Doğum günün mübarək əziz anam".